Prezident İlham Əliyevin tələbələrin təqaüdünün artırılması ilə bağlı sərəncamı 110 minə yaxın tələbənin sosial müdafiəsi gücləndiriləcək.
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinin vəsaiti hesabına 2019-cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20% -ə yaxın artacaq.
C.Valehov həmçinin əlavə edib ki, prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə digər sərəncamı ilə 2019-cu ilin martın 1- dən təqaüd yerlərinin sayı 16 000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırki 31 faizdən 45 faizə çatdırılacaq.