Bakı şəhərində naməlum şəxslər tərəfindən sahibsiz itlərin güllələnməsi halı yenidən baş qaldırıb.
Median.Az sputnik.az-a istinadən xəbər verir ki, Belarus vətəndaşı Kristina Sivkova fevralın 9-da saat 23:50 radələrində onun yaşadığı mənzilin pəncərəsi altında odlu silahla sahibsiz bir itin güllələndiyinin şahidi olub.
Şahidi olduğu mənzərədən dəhşətə gələn turist qız bu barədə polisə şikayət edib.
24 yaşlı əcnəbi Xətai Rayon Polis İdarəsinə zəng edərək iti öldürən şəxsin cəzalandırılmasını istəyib.
Qeyd edək ki, sahibsiz heyvanların öldürülməsi ilə şəhərin icra hakimiyyəti məşğul olur və onlar bu yolla nəzarətsiz itlərin çoxalmasına qarşı mübarizə aparırlar.