Mehriban Əliyevanın kömək etdiyi kimsəsiz qadının həyat hekayəsi - VİDEO
Xəbər verdiyimiz kimi, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan Nazilə Musayevanın müalicəsi üçün müvafiq tapşırıq verib. Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən kimsəsiz qadın Bakıda xəstəxanaya yerləşdirilib. Onun əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.
Nazilə Musayeva kimdir?
Median.Az xəbər verir ki, N.Musayevanın 39 yaşı var.
Valideynləri uşaq olarkən onu internat evinə qoyub. Körpə olanda onu İmişlinin Nurulu kəndindən olan bir ailə övladlığa götürüb. Naziləni götürəndən sonra onun sol gözünün anadangəlmə görmədiyini biliblər. Buna görə onu övlad kimi qəbul edə bilməyiblər.
“Ögey ata-anam mənə heç vaxt paltar almırdı, məktəbə göndərmirdilər. Nökər kimi istifadə edirdilər. Tövlə təmizlədir, iş gördürürdülər. Həyət süpürüb, mal-heyvan otarırdım. Bir sözlə, ən ağır işləri görürdüm. Vaxtım qalanda isə gedib qonşuların işlərinə kömək edirdim. Ancaq yenə döyülürdüm, söyülürdüm, təhqir olunurdum. Elə olurdu ki, günlərlə yemək vermir, tövləyə həbs edirdilər. Beləcə, yarıac-yarıtox böyüdüm”, - deyir Nazilə Musayeva.
Nazilə sonradan 300 manat müqabilində Ucardan olan ailəli bir kişiyə satılıb. Əri ilə Bakıya köçən qadın süpürgəçilik edib, yeməkxanalarda qab yuyub.
Övladı olduqdan sonra əri onları Bərdəyə gətirib və yol qırağında ataraq gedib. Ana-bala günlərlə parklarda, skamyalarda yatıb. Bir ildən çox ayda 123 manatlıq maaş qarşılığında Bərdə küçələrini süpürüb, ev tutmağa pulu olmadığından övladı ilə elə küçələrdə yatıb. Buna görə də rəhmində xərçəng yaranıb. Eyni zamanda, qanında da Hepatit B tapılıb.
N.Musayeva vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna, vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb. Fonddan onun məktubuna müsbət cavab verilib.
/oxu.az
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!