“TurStat” analitik agentliyi 14 fevral Sevgililər Gününə uyğun olaraq, internet-sorğu əsasında turistlər üçün MDB şəhərlərinin ən görməli və romantik yerlərinin reytinqini hazırlayıb.
Siyahının ilk beşliyinə Minskdəki Triniti rayonu, Almatıdakı Kak Tobe, Astanadakı Bayterek, Bakıdakı Qız qalası və Daşkənddəki Daşkənd teleqülləsi daxil edilib.
Agentliyin məlumatına görə, sorğu iştirakçılarının 27 faizi Triniti kəndinə, 23 faizi Kok Tobeyə, 20 faizi Bayterekə, 15 faizi Qız qalasına və 8 faizi Daşkənd teleqülləsinə səs verib.