Bakıda qəzalı binada yaşayan 30 ailənin həyatı təhlükədədir - VİDEO
Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi, bina 9/8 ünvanında yaşayan 30 ailənin həyatı təhlükə altındadır, özü də elə yaşadıqları evin içində. Söhbət 1934-cü ildə tikilmiş, hazırda qəzalı vəziyyətdə olan binadan gedir.
Bina sakinləri oxu.az-a bildiriblər ki, təhlükə mənbəyinə çevrilmiş binada bir neçə ay əvvəl yaşlı qadın yıxılaraq vəfat edib.
Sakinlərin sözlərinə görə, vəziyyətlə bağlı dəfələrlə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmələrinə baxmayaraq, hələ də nəticə əldə edə bilməyiblər.
Məsələ ilə bağlı Nərimanov rayon icra nümayəndəsinin birinci müavini Şahmar İbadovla əlaqə saxladıq. Şahmar İbadov bildirdi ki, həmin binanın sakinləri tezliklə yeni mənzillərlə təmin olunacaqlar.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!