Rusiya Federasiyanın Udmurtiya Respublikasında yaşayan Azərbaycan vətəndaşı miqrasiya qanununu pozduğuna görə həbs edilib.
Bununla bağlı Udmtv.ru portalı məlumat yayıb.
Bildirilib ki, 43 yaşlı İsgəndərov İsgəndər Qənbər oğlu ötən ilin martında İjevskdə saxlanılıb. O, Rusiya ərazisinə qanunsuz daxil olmaqda ittiham edilib.
Məlumatlara görə, bundan əvvəl o, miqrasiya qanunlarını pozduğu üçün saxlanılıb və Rusiya ərazisinə girişi 2025-ci ilədək qadağan edilib. Buna baxmayaraq, İ.İsgəndərov sənədlərini dəyişərək, yenidən Rusiyaya daxil olub.
O, məhkəmə tərəfindən altı ay müddətinə azadlıqdan məhrum edilib. Həbsxanadan çıxdıqdan sonra İ. İsgəndərov Rusiyadan deportasiya ediləcək.