Polis bir ildə sürücülərə 80 milyon manatdan çox cərimə yazıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |     11:39 Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib  |     11:20 Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib  |     11:09 Qəzanın görüntülərini yayan bloger 10 sutkalıq həbs olundu  |     23:05 Sumqayıtda iynədən şoka düşən kişi ölüb  |     22:53 Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi (VİDEO)  |     22:42 "Rosaviasiya" AZAL təyyarəsinin qəza səbəbini açıqladı  |     22:30 Klarens Zeedorfun oğlu "Milan"ın əsas komandası ilə birlikdə məşqlərə başlayıb  |     22:22 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb  |    

Polis bir ildə sürücülərə 80 milyon manatdan çox cərimə yazıb

2018-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Bu cərimələr 3409,7 min inzibati xəta nəticəsində təyin edilib və yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas xətalar yol nişanlarının tələblərinə riayət edilməməsi, işıqforun qadağanedici işarəsində hərəkətin davam etdirilməsi ilə bağlıdır.

Bununla yanaşı, sürücülər dayanma və durma qaydalarının pozulması, icbari sığorta müqaviləsinin bağlanmaması, təhlükəsizlik kəmərindən istifadə etmədikləri üçün də cərimələniblər.

Qeyd edək ki, 2017-ci ildə qaydaların pozulmasına görə cərimələrin məbləği 73,7 milyon manat təşkil edirdi və göründüyü kimi, 2018-ci ildə cərimələrin həcmi 11,9 milyon manat artıbскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 237 08.02.19 14:13