Zəlzələdən zərər çəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.
“AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbovun sözlərinə görə, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat olacaq.
Hazırda sığorta ödənişləri üçün şirkətə müraciətlərin sayı isə 70-i keçib:
“Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda dəyən ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”, - deyə A.Talıbov bildirib.