Azərbaycanda zəlzələdən qorxan dəvə adam öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |     13:39 Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - AÇIQLAMA  |     13:34 Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verildi  |     12:38 Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb, təqsirləndirilən var  |     12:35 Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR - İDDİA (VİDEO)  |     12:25 Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT (VİDEO)  |     12:17 Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi MƏLUM OLDU - VİDEO (YENİLƏNİB)  |     12:09 Metapnevmovirus infeksiyası ilə bağlı dünyada pandemiya təhlükəsi varmı? - ÜST-dən AÇIQLAMA  |     12:07 Ağcabədidə 60 yaşlı kişi özünü başından güllələdi  |     11:50 Suriyanın yeni hakimiyyəti ölkədə təhsili pulsuz etmək niyyətindədir  |     11:37 İsrail Azərbaycana yeni səfir təyin edib  |     11:29 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürdü  |    

Azərbaycanda zəlzələdən qorxan dəvə adam öldürdü

Fevralın 6-da Altıağac qəsəbəsində yerləşən otellərdən birində saxlanılan dəvə fəhləyə hücum edərək onu öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, dərhal hadisə yerinə baxış keçirilib, iş üçün zəruri olan maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və ilkin izahatlar alınıb.

İlkin araşdırmalarla belə nəticəyə gəlinib ki, həmin oteldə fəhlə işləyən 1961-ci il təvəllüdlü Əlibala Əliyev fevralın 5-də saat 23.00 radələrində Xızı rayonu ərazisində qeydə alınmış zəlzələdən sonra sahədə gəzişərkən dəvələrin saxlanıldığı xüsusi sahəyə daxil olub.

Cütləşmə dövrü, həmçinin baş vermiş zəlzələdən aqressivləşən dəvə Ə. Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb. Dəvə fəhləni dişləyərək ayaq zərbələri ilə öldürüb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 432 07.02.19 23:34