Azərbaycanda cins nisbəti pozula bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |     13:39 Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - AÇIQLAMA  |     13:34 Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verildi  |     12:38 Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb, təqsirləndirilən var  |     12:35 Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR - İDDİA (VİDEO)  |     12:25 Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT (VİDEO)  |     12:17 Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi MƏLUM OLDU - VİDEO (YENİLƏNİB)  |     12:09 Metapnevmovirus infeksiyası ilə bağlı dünyada pandemiya təhlükəsi varmı? - ÜST-dən AÇIQLAMA  |     12:07 Ağcabədidə 60 yaşlı kişi özünü başından güllələdi  |     11:50 Suriyanın yeni hakimiyyəti ölkədə təhsili pulsuz etmək niyyətindədir  |     11:37 İsrail Azərbaycana yeni səfir təyin edib  |     11:29 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürdü  |    

Azərbaycanda cins nisbəti pozula bilər

Selektiv abort ilə bağlı vətəndaşları narahat edən məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də diqqətindədir.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, Komitə cins nisbətində süni şəkildə yaranan disbalansı aradan qaldırmaq üçün milli fəaliyyət planı üzərində işləyir. Komitənin informasiya və analitik araşdirmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib ki, hazırlanmasına ötən ildən başlanılan layihədə bir sıra məsələlər öz əksini tapıb.

Aynur Veysəlovanın sözlərinə görə, hazırda əhalinin 49.9%-ni kişilər, 50.1%-ni isə qadınlar təşkil edir. Bu nisbət son vaxtlar yeni doğulan uşaqlar arasında oğlanların sayının artması nəticəsində yaranıb. Halbuki, təbii tempdə bu nisbət qadınların xeyrinə 51 faizə yaxın bir rəqəm olmalıdır. Komitə rəsmisi deyib ki, bu faktor gələcəkdə bir sıra problemlərə yol aça bilər.

Hazırda sonuncu işləmə mərhələsində olduğu bildirilən Milli Fəaliyyət Planının yaxın zamanlarda qəbul edilməsi gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 269 07.02.19 23:27