Bakıda iki uşaq valideynləri tərəfindən atılıb.
Bunu oxu.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin Sığınacağının koordinatoru Vasif Akifli bildirib.
Onun sözlərinə görə, adları və yaşları məlum olmayan iki uşaq Aydan adlı xanım tərəfindən dayə yanına qoyulub:
“Dayə xanımın geri dönmədiyini gördükdə 20 gün əvvəl Binəqədi rayon Polis İdarəsinin dördüncü polis şöbəsinə müraciət edib. Uşaqlar polis tərəfindən Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya mərkəzinə yerləşdirilib”.
Vasif Akifli qeyd edib ki, qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var:
“Fikirlərini çatdıra bilmirlər. Onların reabilitasiya prosesində qəyyumlarının tapılması əsasdır. Hüquq müstəvisində uşaqların hüquqlarının müdafiəsinə başlamaq istəyirik ki, burada ailə birmənalı şəkildə bizə lazımdır.
Biz onları mühitə adaptasiyası etməyi bacarmışıq. Hələlik uşaqlarını valideynlərinin axtarışları da heç bir nəticə verməyib”.