Masallıda ata, ana və oğul dəm qazından boğuldu: İkisi öldü... » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Masallıda ata, ana və oğul dəm qazından boğuldu: İkisi öldü...

Masallı rayonunun Boradigah qəsəbəsində bir ailə dəm qazının qurbanı olub.

Median.Az
"Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, hadisə Nurullayevlər ailəsinin Boradigah qəsəbəsində yerləşən evlərində baş verib.

Belə ki, Bakı şəhərində yaşayan 1964-cü il təvəllüdlü Hənifə Nurullayev, həyat yoldaşı, 1974-cü il təvəllüdlü Elnurə Zülfüqarova və övladları, 1999-cu il təvəllüdlü Əli Nurullayev kənddə olan evlərinə gəliblər. Uzun müddət evdə yaşamadıqları üçün evi isitməkdən ötrü İran istehsalı olan qaz sobası quraşdırıblar. Evin tüstü bacasında quş yuva qurduğundan sobadan çıxan dəm qazı tüstü bacasından çıxmayaraq evə dolub. Nəticədə ailə boğulub.

Ötən gün isə onların kəndə gəlişindən xəbər tutan qohumları günorta saatlarında narahat olaraq onların mobil telefonlarına zəng ediblər. Hər üç şəxsin telefona cavab vermədiyini gördükdə evə gələrək qonşuların köməkliyi ilə eyvandan evə daxil olublar. Daxil olduqda isə artıq Hənifə Nurullayev və Elnurə Zülfüqarovanın dünyalarının dəyişdiklərini, Əli Nurullayevin isə vəziyyətinin ağır olduğunu aşkar ediblər. Dərhal qohumlar Ə. Nurullayevi Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən hazırda 20 yaşlı gəncin vəziyyəti orta-ağırdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 512 06.02.19 23:13