Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib.
Median.Az Trend-ə istinadən bildirir ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən Humanitar Elmlər Bölməsinin (HEB) akademik-katibi, akademik Teymur Kərimli ölkə başçısı İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi İli" elan edilməsi ilə bağlı sərəncamlar imzaladığını xatırladıb.
O qeyd edib ki, bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrində müvafiq Tədbirlər Planı hazırlanıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə əlaqədar AMEA Tədbirlər Planını təsdiq edib və müvafiq tapşırıqlar verib.