Bakıda elə yaşayış binaları var ki, bir hissəsində zəlzələ 8, digər hissəsində isə 9 bal gücündə hiss oluna bilər.
Bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat konfransında deyib.
“Bakıda tikinti aparılan hər bir ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Bəzən eyni yerdə seysmik aktivlik fərqli olur”, - deyə o bildirib.
Qurban Yetirmişdi qeyd edib ki, ötən gecə baş verən zəlzələ Bakıda da hiss olunub:
“Yeraltı təkanlar Xətai, Nəsimi, Yasamal rayonlarında yüksək mərtəbəli binalarda hiss olunub”.