Ötən gecə baş verən zəlzələ ilə əlaqədar Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə işləyib.
Bu barədə oxu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, təcili yardıma 30 müraciət daxil olub.
“Üç nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımi yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub”, - deyə məlumatda vurğulanır.
Nazirlikdən verilə məlumatda qeyd olunur ki, bir nəfər cavan adamın həyəcandan dili tutulub:
“O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Daha bir nəfərin həyəcandan beyninə qan sızıb. 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir”.