Fövqəlada Hallar Nazirliyi dünən ölkədə baş vermiş zəlzələ ilə bağlı açıqlama yayıb.
Nazirlikdən verilən məlumata görə, saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Qeyd olunan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır.