Polşalı turist Lukas Oqonovski iti ilə birgə dünya turuna çıxıb.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, əslən polyak olan 38 yaşlı Lukas Oqonovski velosipedlə dünya turuna başlayıb. Bu vaxta qədər dünyanın 10-dan çox ölkəsində olan turist 56 ölkəni gəzməyi planlaşdırıb. İndiyədək velosipedlə 52 min kilometr məsafə qət edib. İti isə ona dünya səyahətinə Gürcüstanın Kabuleti şəhərindən yoldaşlıq edir. Belə ki, yoldan keçərkən ac və susuz vəziyyətdə tapdığı iti elə Gürcüstan ərazisində baytara apararaq ona lazımi vaksin vurdurub, sonra isə sənədləşmə işinə başlayıb. İtə pasport alınmasına 300 dollar vəsait xərcləyib. Yol yoldaşına isə "Nuniya" adını qoyub.
Polşalı turist ölkəmizə ilk dəfə səfər etdiyini deyib.
Turist Tovuzdan sonra Gəncə və Yevlax şəhərlərindən keçərək Bakıda olacaq. Oradan isə dəniz vasitəsilə Qazaxıstana keçməyi planlaşdırır. Polşalı turist Asiya ölkələrinə, hətta Filippinə qədər getməyi düşünür.