Sabahdan məktəb direktorlarının işə qəbulu üzrə müsahibə mərhələsində uğur qazanan namizədlərin yerləşdirilməsinə başlanılacaq. Müsahibə mərhələsindən keçən, lakin təklif olunan vakant yerdə işləmək istəməyən namizədlərin təyinatı növbəti vanaksiyalarda nəzərə alınacaq.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O bildirib ki, müsahibə mərhələsindən keçən namizədlərə təklif olunan yerlər onların nəticələrinə əsasən seçilir.
Müsabiqə prosesi uzun olduğundan, bu müddət ərzindən yaranan yeni vakant yerlər namizədlərə eklektron ərizlərərini dolduran zaman təklif olunur. Yerdə qalan vakant yerlər isə direktor müavinlərinə və ya məktəbin səriştəli müəllimlərindən birinə həvalə edilir. Həmin şəxslər də növbəti müsabiqəyə qatılaraq uğur qazandığı təqdirdə təyinatına baxılır.
Direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edən 1500 namizəddən 730 nəfəri keçid balını toplayıb. Onlardan a 228 nəfəri müsahibə mərhələsində müsbət qiymətləndirilib.Hazırda nazirlik tərəfindən müsabiqənin yekun-yerləşdirmə mərhələsi həyata keçirilir. Sabahdan etibarən uğur qazanan namizədlər nazirliyə dəvət olunacaq və onlara vakant yerlər təqdim ediləcək.