DİM-in elektron xidmətlərindən istifadə etmək üçün “Şəxsi kabinet” yaradanlara müraciət edib.
“Şəxsi kabinet” yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir.
Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” yaratmaq üçün istifadəçi ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir (yeni nəsil şəxsiyyət vəsiqəsi olan vətəndaşlar üçün sənədin seriyası bölməsində ‘-‘ seçilməlidir), nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib “Şəxsi kabinet yarat” düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, ekranda istifadəçinin soyadı, adı, atasının adı və digər məlumatları əks olunur.
Əlavə məlumatı bu linkdən ala bilərsiz.