Bakıda homoseksualı şantaj etdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Bakıda homoseksualı şantaj etdilər

Bakıda fahişəliklə məşğul olan kişidən şantaj yolu ilə pulları alınıb.

Bu barədə “Sputnik-Azərbaycan” yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

31 yaşlı Gəncə sakini (adının göstərilməsi etik baxımdan məqsədəuyğun sayılmayıb - red.) bununla bağlı Sabail rayonu 39 saylı Polis Bölməsinə şikayət edib. Şikayətçinin sözlərinə görə, fevralın 2-də 21:00 radələrində R.N. ilə intim xarakterli görüşü olub. Ancaq həmin görüşdən sonra kişi onu biabır edəcəyi ilə şantaj etməyə başlayıb.

Susması müqabilində həmin şəxs şikayətçidən min manat pul tələb edib. Sonradan zərərçəkəndən daha 370 manat pul alıb. Bundan başqa, cinayətkar Gəncə sakininin iki mobil telefonu, şəxsiyyət vəsiqəsi və pasportunu əlindən alıb.

Bundan sonra şantajçı sənədlərinin qaytarılması üçün daha 600 manat istəyib.

İstintaqın gedişində əməliyyatçılar şübhəli şəxsin izinə düşüb və onu saxlayıb. Saxlanılan şəxs 37 yaşlı Naxçıvan (Babək rayonu) sakini R.N.-dir. Ona qarşı hədə-qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 183 05.02.19 11:41