Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub

Lənkəran şəhərində “Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu” mövzusunda yığıncaq keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti və “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yığıncaqdan əvvəl İcra Hakimiyyəti başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər çiçəklər düzməklə dahi rəhbərə hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən müzeydə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər və eksponatlarla tanış olublar. Mərkəzin akt zalında başlayan yığıncaqda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan T.Qaraşov dövlət idarəçiliyi sisteminin təşkili zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı çox mühüm əhəmiyyətli təsisatlardan birinin də milli təhlükəsizlik orqanları olduğunu qeyd edərək bu orqanların 100 illik yubileyini ölkənin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi diqqətə çatdırıb. İcra Hakimiyyəti başçısı çıxışında xüsusi xidmət orqanlarının ötən dövr ərzində böyük inkişaf yolu keçərək fəaliyyətinin təkmilləşməsində və müstəqil dövlətimizin milli təhlükəsizliyinin qarantına çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olduğu barədə geniş məlumat verib.

Daha sonra “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Azər Qarayev çıxış edərək bildirib ki, bu il Azərbaycan xüsusi xidmət orqanlarının 100 illiyi tamam olur:
“Azərbaycan xüsusi xidmət orqanlarının yaranmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu var. Xüsusi xidmət orqanlarına xidmətə gələn Heydər Əliyev Azərbaycan SSR xüsusi xidmət orqanlarının milliləşməsinə çalışıb. Heydər Əliyevin əsas məqsədi bu orqanın milliləşməsi olub. Bilirsiniz ki, həmin vaxt repressiya dövrü idi və Azərbaycanın tanınmış alimləri, elm xadimləri, yaradıcı qüvvələri repressiya qurbanı olublar. Hüseyn Cavid, Əhməd Cavad, Ayna Sultanova, Ruhulla Axundov və digər ziyalılarımız repressiya zamanı güllələniblər. Tarixi faktlar göstərir ki, həmin şəxslərə ölüm hökmünün çıxarılmasında o vaxt orada işləyən ermənilərin xüsusi rolu olub. Onların məqsədi Azərbaycan ziyalılarını məhv etmək, Azərbaycanın inkafına ziyan vurmaq olub”.

A.Qarayev deyib ki, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyət dövrünü 3 mərhələyə bölmək olar: “Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Azərbaycan SSR dövrü və Azərbaycanın müstəqillik dövrü. Azərbaycan xüsusi xidmət orqanlarının SSRİ dövrü və müstəqillik dövrlərindəki inkişafında Heydər Əliyevin əvəzsiz rolu olub. Azərbaycan xüsusi xidmət orqanları bu gün də fəaliyyətini yüksək səviyyədə davam etdirir”.

Sonra tədbirdə Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev və Lənkəran Dövlət Universitetinin tələbəsi Rəşad Paşayev çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarının fəaliyyətinin xalqımızın milli maraqları baxımından düzgün istiqamətləndirilməsi, milli kadrların bu orqanlarda yerləşdirilməsi ilə bağlı rolundan danışıblar.

Yığıncağın sonunda Ulu Öndərin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyətinin bir sıra məqamlarını əks etdirən film nümayiş olunub.
//trend.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 720 02.02.19 21:53