Yenidənqurma işlərinə başlanılması ilə əlaqədar Bakı Zooparkı bir neçə aylıq fəaliyyətini dayandırıb.
Median.Az xezerxeber.az-ın məlumatına görə, hazırda parkın ərazisi 2.25 hektardır. Təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra isə 4,25 hektar olacaq.
Artıq zooparkdakı heyvanların köçürülməsinə başlanılıb.
Təmir və yenidənqurma işlərinin yay aylarında yekunlaşdırılması nəzərdə tutulub. İşlər yekunlaşdıqdan sonra heyvanlar öz yerlərinə qaytarılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: