Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar

Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücülər videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkərək sosial şəbəkələrə yüklədikləri üçün İnzibatı Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında cəzalandırılacaqlar.

Bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev məlumat verib.

O bildirib ki, sürücülər polis əməkdaşlarının saxla əmrinə qeyri-şərtsiz tabe olmalıdırlar:

“Polis əməkdaşları yalnız yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində deyil, eyni zamanda Daxili İşlər Orqanlarının digər polis əməkdaşları kimi cinayətkarlığa qarşı mübarizə tədbirlərində də iştirak edirlər.

Təəssüf ki, bəzi sürücülər bu məqamı unudur və yol polisinin işinə çətinlik yaratmağa çalışır. Polisin “saxla” əmrinə qarşı çıxan, icazəsiz həmin an çəkiliş aparan və ya tabesizlik göstərərək əməkdaşlarımızın videosunu çəkərək sosial şəbəkələrdə paylaşan sürücülər məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən bütün sürücülərə xəbərdarlıq edirik ki, qaydalara riayət etsinlər”.

R.Quliyev bu barədə İnzibati Xətalar Məcəlləsində yer alan məqamı da diqqətə çatdırıb:

“Müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsinin saxlamaq tələbini yerinə yetirməməsinə görə, qarşı tərəf məsuliyyətə cəlb olunmalıdır. Həmin sürücülər avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsi ilə qeydə alınan görüntüləri sosial şəbəkələrdə paylaşmaqla “qəhrəmanlıq” sərgilədiklərini düşünsələr də, bu qanunun tələblərini dəyişmir. Sürücü müvafiq qaydada sənədləri polis əməkdaşına təqdim etməli, zərurət olduğu halda polisin tələbi ilə avtomobili də tərk etməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 525 02.02.19 13:11