İmişli rayonunda fərdi yaşayış evi yanıb.
"Report"un verdiyi məlumata görə, hadisə rayonun Yalavac kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Ceyhun Eldar oğlu Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisəyə elektrik naqillərində qısaqapanma səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.