Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb.
Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin (MM) bu gün keçirilən yaz sessiyasının ilk plenar iclasında müzakirə olunub.
Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.
Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
//oxu.az