Milli Məclisin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib.
İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.
Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.
Qeyd edək ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.
Qanunverici orqanın Hesablayıcı komissiyasının tərkibi olduğu kimi qalıb.
Belə ki, komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.
Xatırladaq ki, komissiyanın tərkibindən çıxarılan Kamran Nəbizadənin bir müddət öncə sərxoş halda restoranda dava salması ilə bağlı məlumat yayılmışdı. Məlumatda bildirilmişdi ki, K.Nəbizadəni restoranın mühafizəçiləri sakitləşdiriblər. O, daha sonra restorandan kənarlaşdırılıb.