Bu gün Milli Məclisin (MM) növbəti - 2019-cu il yaz sessiyası öz işinə başlayır.
Sessiya öz işinə dövlət himninin səslənməsi ilə start verəcək.
Həmçinin, spiker Oqtay Əsədovun son - 2018-ci il payız sessiyasının yekunları ilə bağlı hesabatı dinləniləcək. İclasda yaz sessiyasının qanunvericilik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.
Ümumiyyətlə, yaz sessiyasının ilk plenar iclasında 38 məsələ müzakirə olunacaq.
Yaz sessiyası may ayının 31-də başa çatacaq.