Hacıqabul sakini qoyun otaran zaman Çaqqal hücumuna məruz qalıb.
Median.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Ağacanlı kəndi ərazisində baş verib.
Kənd sakini Mətləb Mirzəyev səhər saatlarında heyvanlarını örüş sahəsinə ötürüb geri qayıdarkən çaqqal ona hücum edib. Mirzəyev üzərinə atılan yırtıcını kənarlaşdırmaq istəyərkən vəhşi heyvan onun diz nahiyəsini və barmaqlarını dişləyib.
Nəticədə kişinin sol əl barmağının uc hissəsi qopub. Özünü itirməyən Mətləb Mirzəyev çaqqalı öldürüb. Xəstəxanaya gedən şəxsə quduzluğa qarşı vaksin vurulub. Qoparılan barmaq yerinə bərpa olunub.
Mətləb Mirzəyev - Zərərçəkən: "Sağ əlimin barmağının birini qoparıb apardı. Çətinliklə öldürdüm. Müqavimət göstərməsəydim, daha böyük xəsarət ola bilərdi".