Paytaxtın Binəqədi qəsəbəsi, eləcə də Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
A.Cəbrayıllı bildirib ki, içməli suyun verilməsində yaranacaq fasilələr magistral xətlərdə aparılacaq işlərlə bağlıdır:
“Magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün ərzində Saray və Ceyranbatan qəsəbələrinə, həmçinin, Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.