"Azərbaycanda quş yemi istehsalı sahəsində vergi güzəştləri tətbiq edilə bilər".
Median.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, üç qurum - İqtisadiyyat, Kənd Təsərrüfatı və Vergilər nazirlikləri müvafiq təkliflər hazırlayır.