Azərbaycan Respublikasında aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən, Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.
Xəstəlik halları, əsasən, 20-40 yaşlı vaxtilə peyvənd olunmamış əhali arasında baş verib.
Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.
Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik
160 min doza peyvənd alınmasını sifariş verib.
Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.