Marneulidə Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |    

Marneulidə Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib - FOTO

Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib.

Marneuli Mədəniyyət Evinin qarşısındakı parkda keçirilən tədbirdə fəal gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya təşkilatçılarından olan gənc fəal Azər Məmmədov tədbiri açaraq aksiyanın əsas mahiyyətini izah edib eyni zamanda o, çıxışında Axalkalakidə erməni separatçısına qoyulan büstü pisləyərək xalqın bu hadisədən narahatlığını bir daha dilə gətirib.

Aksiya təşkilatçılarından olan digər gənc fəal Aygül İsayeva çıxışında bildirib ki, bu yaxınlarda İrakli Kveladze adlı şəxs mətbuata açıqlamasında Marneulidə N.Nərimanovun büstünün olduğu parka Merab Kostavanın adının verilməsi ilə bağlı yerli sakinlər arasında imza toplandığı və müraciətin rayon bələdiyyəsinə təqdim edildiyini deyib:

“İrakli Kveladze həmçinin qeyd edib ki, parka Merab Kostavanın adının verilməsindən sonra Nəriman Nərimanovun büstünün yerinin dəyişdirilməsinə də ehtiyac yaranacaq. Biz buna qəti etirazımızı bildiririk və abidənin götürülməsinə heç vaxt yol verməyəcəyik”.

Ziyalılar da çıxışlarında N.Nərimanovun Azərbaycan və Gürcüstandakı böyük xidmətlərindən danışaraq onun adının Gürcüstanda yaşadılması uğrunda mübarizəni yerli azərbaycanlıların mənəvi borcu adlandırıblar. İctimaiyyət nümayəndələri N.Nərimanovun büstünün olduğu parkın abalaşdırılmasına da ehtiyacın olduğunu diqqətə çatdırıblar.

Tədbirdə Marneuli rayon bələdiyyəsinin sədri Amiran Giorqadzeyə ünvanlanmış müraciət oxunub. Sənəddə Mədəniyyət Evinin qarşısındakı parka N.Nərimanovun adının verilməsi, Qızılhacılı kənd ictimai məktəbinə böyük ədibin adının bərpa olunması tələb olunub.

Oda bildirilib ki, ötən il avqustun 6-da Marneuli rayon rəhbərliyinə Mədəniyyət Evinə N.Nərimanovun adının verilməsi ilə bağlı müraciətə hələ cavab verilməyib.

Aksiyanın sonunda bələdiyyə sədrinə ünvanlanmış müraciətə imza toplanıb. Marneuli sakinləri müraciətə tezliklə müsbət cavab veriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 539 29.01.19 11:23