Tanışlıq saytlarının təhlükəsi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |    

Tanışlıq saytlarının təhlükəsi açıqlandı

Britaniya polisi “Tinder” tanışlıq tətbiqi vasitəsilə edilən çoxlu sayda aldatma və cinayət əməlləri ilə bağlı mesajların artımını qeydə alıb.

Median.az
xəbər verir ki, rəqəmləri “Daily Mail” nəşri dərc edib.

Son üç il ərzində sosial şəbəkədə tapdıqları məşuqlarından zərərçəkənlərin sayı iki dəfə çoxalıb. 2015-ci ildə qanun keşikçiləri 442 müraciət qeydə almışdılarsa, 2018-ci ildə müraciətlərin sayı 1100 olub.

Polis qurbanların müraciətlərinin xarakterini dəqiqləşdirməyib. Nəşr bildirir ki, tanışlıq tətbiqində oğruların, qatillərin olması halları məlumdur. Bu cür servislərdə qanun pozuntularının üçdə biri seksual xarakterli cinayətlərin payına düşür.

44 yaşlı britaniyalı Anna Rou öz hekayəsini açıqladıqdan sonra yerli orqanlar bu problemə diqqət göstərməyə başlayıblar. A.Rou “Tinder”də tanış olduğu Entoni Rey adlı evli bir kişi tərəfindən aldadılıb.

Altı aylıq münasibətlərdən sonra məşuqu yoxa çıxdıqda A.Rou müəyyən edib ki, o, başqa şəxsin şəkillərindən və saxta bioqrafiyadan istifadə edib. A.Rou höküməti tətbiqdəki saxta hesabları qanuni yolla qadağan etməyi xahiş edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 265 28.01.19 19:03