Azərbaycanlı milyonçudan XƏBƏRDARLIQ: “Soydaşlarımızı muxtariyyət üçün ayağa qaldıracam!” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |    

Azərbaycanlı milyonçudan XƏBƏRDARLIQ: “Soydaşlarımızı muxtariyyət üçün ayağa qaldıracam!”

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı milyoner Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoymasına sərt şəkildə etirazını bildirib.

Median.Az
musavat.com-un məlumatına görə, Söyün Sadıqov deyib ki, bu hadisə Gürcüstanın dövlət və hökumət rəhbərlərinin Azərbaycana qarşı açıq xəyanətidir:

“Təsəvvür edin ki, Azərbaycan xalqı üçün xüsusi gün sayılan yanvarın 20-də Gürcüstanda erməni cəlladına abidə qoyulur və Gürcüstan dövləti buna açıq şəkildə icazə verir. Bunun bir adı var – Azərbaycana xəyanət! Bu hadisə Azərbaycan xalqına qarşı böyük hörmətsizlikdir, təhqirdir. Bu həm də gürcü xalqına qarşı edilən xəyanətdir. Bununla başda Gürcüstan prezidenti və baş naziri olmaqla, ölkənin dövlət və hökumət rəhbərliyi separatizmi dəstəklədiyini ortaya qoydu. Əgər Bidzina İvanişvilinin razılığı, Gürcüstan prezidentinin və Baş nazirinin icazəsi olmasaydı, bu abidə əsla qoyula bilməzdi. Mən buradan Gürcüstan xalqına çağırış edirəm ki, öz hökumət və dövlət başçılarını bu abidənin ləğv edilməsinə səsləsinlər. Əks halda Azərbaycan kimi müttəfiqlərini itirəcəklər. İndiyədək Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan çoxdan erməni və gürcü separatçılarının qurbanına çevrilərdi. Gürcüstanı bir dövlət kimi ayaqda saxlayan Azərbaycan dövlətinin verdiyi dəstək və bu ölkədə yaşayan azərbaycanlılardır. İndi Gürcüstanın prezidenti və Baş naziri Azərbaycan dövlətinə və xalqına qarşı belə bir riyakar addım atır. Hesab edirəm ki, Gürcüstan xalqı buna imkan verməməlidir. Çünki Axalkalakidə erməni terrorçusuna abidənin qoyulması bir daha göstərdi ki, Gürcüstan prezidenti və baş naziri nəinki Azərbaycan dövlətinə hörmət etmir, heç öz xalqını belə saymır. İndiki Gürcüstan rəhbərliyi ölkələrində erməni separatizminin inkişafına təkan verirlər. Əgər belə davam etsə, yaxın gələcəkdə erməni separatçıları Gürcüstanda öz muxtariyyətini elan edəcək”.

Söyün Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verib:

“Mən Gürcüstan prezidentinə və baş nazirinə demək istəyirəm ki, sözügedən abidəni ləğv etsinlər. Əks halda bu onlar üçün baha başa gələcək. Onlar bu səhvlərini düzəltməsələr, o zaman mən məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam. Beləliklə də biz yəqin ki, Gürcüstanda öz muxtariyyətimizi qazanacağıq. Yəni, Abxaziya və Osetiya kimi biz də öz muxtariyyətimizi əldə edəcəyik”.

Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması Azərbaycanın sərt reaksiyasına səbəb olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 617 28.01.19 14:02