Bakıda cinayətlərin sayı azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |     12:53 Tiqran Keosayan komaya düşdü  |     12:48 Yasamal Uşaq Klinik Xəstəxanasında xəstəyə tibbi müdaxilənin mümkün olmadığı deyilib - SƏBƏB (VİDEO)  |     12:38 Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?  |     12:07 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi  |     11:50 DİN-dən məktəbin həyətində valideynlərin davası barədə AÇIQLAMA  |     11:38 Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş  |     11:25 Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı  |     11:17 Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb  |     11:00 Şagird məktəb yoldaşını xəstəxanalıq etdi  |     22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |    

Bakıda cinayətlərin sayı azalıb

Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edib.

Belə ki, 2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12122 hadisə qeydə alındığı halda 2018-ci ildə 309 hadisə, yəni 2,5% azalaraq 11813 hadisə olub. Qeydə alınmış cinayətlərin açılma faizi 0,2% çoxalaraq 80,2%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə azalaraq 1308 olub.

2018-ci ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olub), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib. Ölümlə nəticələnən 212 yol-nəqliyyat hadisəsindən isə 3-ü bağlı qalıb.

Prokurorluqda icraatda olan 1115 işdən 547-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 12390 cinayət işindən 4226-nın istintaqı tamamlanıb. 2018-ci ildə baş vermiş cinayətlər nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 518 min manat maddi ziyandan 4 milyon 386 min manatı (67.3%), polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 862 min manat maddi ziyandan 25 milyon 80 min manatı (86,9%) istintaq zamanı ödətdirilib.

2018-ci ildə müxtəlif xətalar törətdiklərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.//qafqazinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 639 24.01.19 20:10