Millət vəkili AŞPA-da erkən nikahlar problemindən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |    

Millət vəkili AŞPA-da erkən nikahlar problemindən danışdı

Mən ailə və davamlı inkişaf mövzusuna toxunmaq istəyirəm. Bilirik ki, dünya gündən-günə sürətlə dəyişir və bu dəyişikliklər yeni risklər meydana gətirir. Hər yerdə qeyri-müəyyənlik hökm sürür, gələcəyimiz aydın deyil.

Bu fikirləri AŞPA-nın qış sessiyasında sərbəst debatlarda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva söyləyib.

Deputat bildirib ki, iqlim dəyişikliyi, ifrat yoxsulluq, urbanizasiya, maliyyə böhranı, ərzaq və enerji çatışmazlığı, miqrasiya kimi yeni qlobal çağırışlarla mübarizə parlamentariləri bir araya gətirir:

“Amma əsas məsuliyyətlərdən biri olan ailənin qorunub saxlanması diqqətdən kənarda qalır. Ailə təkcə cəmiyyətin əsas qrupu deyil, həm də davamlı, sosial, iqtisadi və mədəni inkişafın əsas təməlidir. Ailənin bir hissəsi olmaq insanı gərgin işləməyə, rahatlığını və təhlükəsizliyini onun rifahı üçün qurban verməyə təşviq edir. Ailə siyasəti dövlət siyasətinin əsas istiqamətlərindəndir”.

Ü.Ağayeva qadınların əmək bazarlarında iştirakını dəstəkləyən, ailə maraqlarına xidmət edən siyasət aparılmasının zəruriliyini vurğulayaraq deyib.

“Əmək bazarında hər iki cins üçün bərabər şərtlər qoyulmalıdır. Qidalanma, yoxsulluq, gender bərabərsizliyi kimi problemlərin uzunmüddətli həllinə nail olmaq üçün bu, əsas məsələdir”, - deyən deputat valideyn məzuniyyəti, ailə ilə iş arasında balans yaradan, vaxtın səmərəli idarə edilməsi, davranış qaydaları, ailə müavinətlərini təmin edən siyasətə ehtiyac olduğunu diqqətə çatdırıb.

Erkən nikah problemini xatırladan deputat qeyd edib ki, bu, insan hüquqlarının pozulmasıdır və problemin əsas səbəblərindən biri təhsilə məhdud çıxışın olmasıdır.

Ailənin sosial sabitlik, iqtisadi tərəqqi, sülh və davamlı inkişaf üçün son dərəcə vacib amil olduğunu vurğulayan Ü.Ağayeva gender bərabərliyinə nail olmaq, ədalətli cəmiyyət qurmaq üçün ailəni gücləndirmək istiqamətində proqramların həyata keçirilməsinin, siyasət yürüdülməsinin və onların monitorinqinin aparılmasının vacib rol oynadığını diqqətə çatdırıb.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 266 22.01.19 12:14