Babək prospektindəki yolun deformasiyaya uğramış hissəsinin təmiri başa çatıb.
Bu barədə Azərbaycan Dəmir Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
A.Nəcəflinin sözlərinə görə, yol sürücülərin istifadəsinə verilib.
Qeyd edək ki, prospektin 2-3 metrlik hissəsində deformasiya baş vermişdi. Buna səbəb kimi ərazidən keçən kommunikasiya xətlərindəki problem əsas gətirilmişdi.