Bədxərc Zamirənin əmlakı Bakıya qaytarıla bilər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir  |     22:36 Bu il metodistləri nə gözləyir? - RƏSMİ CAVAB  |     22:13 Abşeronda yaşayış evində partlayış: Yaralananlar arasında uşaqlar var  |     22:03 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     22:01 Araik Harutyunyan məhkəmədə üzr istədi  |     21:57 Cahangir Əsgərovun xanımı vəfat etdi  |     21:55 Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib  |     21:28 Vardanyan, Arayik... - Məhkəmədən FOTOLAR  |     21:17 Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ  |     21:13 KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb  |     20:31 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     20:19 Coşqun və Rafael bu dəfə AĞLATDILAR - VİDEO  |     20:17 İqtisadi fəal əhalinin sayı açıqlandı  |     20:10 Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat  |     20:01 Bakıda evdən meyit tapıldı  |     19:56 İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib  |     19:47 İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib  |     19:40 Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi  |     19:31 Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:22 Bakıda kişi küçədə öldü  |    

Bədxərc Zamirənin əmlakı Bakıya qaytarıla bilər?

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakı, var-dövlətinin müsadirə edilməsi barədə hökm çıxarıb satarsa, o pulun Azərbaycana verilməsi Britaniyanın qanunvericiliyindən asılıdır. Hətta Britaniya hökuməti müsadirə edilərək satılan əmakın pulunun onlarda qalmalı olduğunu iddia edə bilər.

Median.az xəbər verir ki, bu sözləri axar.az-a hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Böyük Britaniya hökumətinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın var-dövlətinin müsadirə edilməsi təhlükəsi barədə danışarkən deyib. F.Mehdiyev bildirib ki, Azərbaycan hökuməti müsadirə ediən əmlakdan alınan pulun geri veriməsi üçün iddia qaldıra bilər:

"Azərbaycan hökuməti sübut etməlidir ki, həmin əmlaklar Azərbaycandan oğurlanan, mənimsənilən pullar hesabına ərsəyə gəlib. Bu zaman mülki qaydada bir iddia ortaya qoyumalıdır. Təbii ki, Azərbaycanın dövlət olaraq bunu məhkəmədə irəli sürməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, bu, diplomatik kanallarla irəli sürməlidir".

Xatırladaq ki, Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. Britaniya KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəyini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanəsinin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubunun müsadirə edilməsi barədə hökm çıxara bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 584 18.01.19 21:32