Daha üç yeni qanun layihəsi gəlir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |    

Daha üç yeni qanun layihəsi gəlir

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin növbəti komitəsinin - Səhiyyə komitəsinin ilk iclası öz işinə başlayıb.

Adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, 2018-ci ilin payız sessiyasında komitənin 10 iclası keçirilib və bu iclaslarda 15 məsələ müzakirə edilib ki, onlardan yeddisi qanun layihəsi olub.

Bununla yanaşı, sessiya dövründə komitəyə 105 şikayət, əzizə daxil olub və onlardan 100-nə baxılıb, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Həmçinin, sessiya ərzində komitə sədri tərəfindən 40 vətəndaş qəbul edilib.

Sonra komitə sədri 2019-cu ilin qanunvericilik işləri planı barədə məlumat verərək bildirib ki, sessiya ərzində üç yeni qanun layihəsinin - “Reproduktiv sağlamlıq haqqında”, “Optika və optikaçılıq haqqında” və “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanunvericilik aktlarının müzakirəsi nəzərdə tutulur.

Komitə sədri deyib ki, sessiya dövründə bəzi qanunlara dəyişiklikləri və əlavələri nəzərdə tutan qanun layihələrinin də müzakirəsi mümkün ola bilər.

Ə.Əmiraslanov daha sonra ölkə prezidenti tərəfindən icbari tibbi sığortanın tətbiqi və icrası ilə bağlı “TƏBİB”in yaradıldığını bildirib və qeyd edib ki, bu, çox önəmli bir hadisədir:

“Bildiyiniz kimi, 2020-ci ildən ölkədə icbari tibbi sığortaya tam keçilməsi nəzərdə tutulur. 2019-cu il isə bu prosesdə həlledici il olacaq. Odur ki, bu məsələləri tənzimləmək üçün “TƏBİB” yaradılıb və bu qurum artıq fəaliyyətə başlayıb. Bu quruma böyük, geniş səlahiyyətlər verilib.

Bu baxımdan, hesab edirəm ki, bu qurumun fəaliyyəti bu sahədə səmərəli və effektli olacaq. Ümumiyyətlə, ölkədə səhiyyə xidmətini ən yüksək səviyyədə təmin etməyin yolu icbari tibbi sığortanın tətbiqindən keçir və inanıram ki, biz bu məsələdə qarşıya qoyulan məqsədlərə nail olan biləcəyik”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 035 18.01.19 15:48