Ləğv edilən dövlət qurumlarının əməkdaşları digər nazirliklərdə işlə təmin ediləcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:20 Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı  |     11:18 Dünən Qəbələdə baş verən atışmanın - TƏFƏRRÜATI  |     22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |     20:19 Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR  |    

Ləğv edilən dövlət qurumlarının əməkdaşları digər nazirliklərdə işlə təmin ediləcəklər

Azərbaycanda ləğv edilən dövlət qurumlarının işçiləri digər nazirliklərdə, agentlik və komitələrdə işlə təmin ediləcəklər.

Bu, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda əksini tapıb.

Fərmanda qeyd olunub ki, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə "Dövlət qulluğu haqqında” qanunun 21.1.6-cı (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi uyğun olaraq tədbirlər görməlidirlər.

Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək və nəticəsi barədə Prezidentə məlumat vermək tapşırığı verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 059 18.01.19 14:05