2500 neftçi təxliyə olundu - Güclü küləyə görə » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |     11:39 Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib  |     11:20 Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib  |     11:09 Qəzanın görüntülərini yayan bloger 10 sutkalıq həbs olundu  |     23:05 Sumqayıtda iynədən şoka düşən kişi ölüb  |     22:53 Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi (VİDEO)  |     22:42 "Rosaviasiya" AZAL təyyarəsinin qəza səbəbini açıqladı  |     22:30 Klarens Zeedorfun oğlu "Milan"ın əsas komandası ilə birlikdə məşqlərə başlayıb  |     22:22 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb  |    

2500 neftçi təxliyə olundu - Güclü küləyə görə

SOCAR yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib.

SOCAR-dan verilən məlumata görə, bütün sahələrdə növbətçilik təşkil olunub, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədi ilə növbətçilər sahələrdə saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 2500 nəfərə yaxın neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla birgə tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

Hava şəraitinin kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq “Azəriqaz” İB-yə və Qaz İxrac idarəsinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.//Publika.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 122 16.01.19 19:33