Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünəndən bəri güclü küləklə bağlı yaydığı xəbərdarlıq öz təsdiqini tapdı. Belə ki, güclü külək artıq Xırdalanda öz fəsadlarını göstərməyə başlayıb.
Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Xırdalan sakinin saytımıza göndərdiyi videoda külək "Kristal Abşeron" tikinti şirkətinə məxsus 14 mərtəbəli binanın dam örtüyünün bir hissəsini yerindən qoparıb.