Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam edir.
Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu cinayət barədə iki istiqamətdə araşdırma gedir:
“Maliyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğu Lift İdarəsinin fəaliyyətini yoxlayır, faktla bağlı cinayət işinin istintaqı aparılır”.
Kamran Əliyev qeyd edib ki, istintaq başa çatandan sonra ictimaiyyətə açıqlanacaq.//oxu.az