Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki yeni təyinat üzrə müvafiq əmr imzalayıb.
Ramil Usubovun əmri ilə iki generalın yeri dəyişdirilib.
Onlardan biri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.
Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.