Bütün gömrük-keçid məntəqələrində "Donuz qripi" əleyhinə xüsusi avadanlıqlar quraşdırılıb.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Sədr bildirib ki, bu sahədə Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlarla da əməkdaşlıq edilir.
Səfər Mehdiyev 2018-ci ildə həyat keçirilən ticarət dövriyyəsindən də danışıb. Bildirib ki, ötən il ticarət dövriyyəsi 30 faiz həcmində artıb.
Səfər Mehdiyevin sözlərinə görə, idxal olunan malların əsas hissəsini zavod və fabriklər üçün avadanlıqlar, xüsusilə də xammal təşkil edir.