Arvadını yandırmaq istəyərkən, səhvən oğlunu öldürdü — Ömürlük məhkumun etirafları – VİDEO
ARB TV-nin "Rezonans” proqramında bu dəfə oğlunu və arvadını yandıran ömürlük məhkumdan danışılıb.
Median.Az ömürlük məhkumun həbsxana hekayəsini təqdim edir.
Lazimat Vəliyev – Məhkum (Cəzası: Ömürlük həbs): "Lənkəranda yaşamışam. Əvvəl 11 il cəza çəkib çıxmışam. Həbsdə ola-ola daş karxanasında işləyirdim.
Öz əziyyətimlə işləyə-işləyə ev aldım. Sonra fəhlə işləyirdim. Çətin idi dolanmaq. Sonra dedilər ki, nə qədər belə gedər?
Mən də başladım onlarla həmin işi görməyə. Konteyner açdıq, oğurluq etdik. Başladıq dükanlara paylamağa. Hər şey normal gedirdi, sonra ilişdik.
Mənə 15, digərlərinə də 8 il iş verdilər. 1987-ci ildə əfv verdilər. Məndən də 4 il çıxdılar. Xanımımı istəyib qaçırtmışam. 23 yaşında evlənmişdim mən. 26 yaşımda tutuldum.
Elə oldu ki, dedi ki, işləmək istəyirəm. Dedim ki, sənin nəyin çatmır?
Dükan sahibiylə danışdım. Dedi ki, bu qədər borcu var. Çıxartdım pulu verdim. Dedim ki, bir də bunu burada görməyim, yoxsa dükanını yandıracam.
Gördüm ki, bunu fikrindən yayındırmaq mümkün deyil. Bir gün dedilər ki, filan yerdə filankəslədi. Saat 1 olardı. Gördüm ki, qapı çöldən bağlıdır. Gözlədim biraz.
Həmin gün də yağış yağırdı. Saata baxdım ki, 3-ə işləyib. Özümlə benzin də gətirmişdim. Məcbur olub bu yola əl atdım. Bilsəydim ki, oğlum oradadır etməzdim.
Oğlum da orada idi. Rusiyaya getdim. 1 ay işləyəndən sonra dayana bilmədim qayıtdım.
Qardaşım dedi ki, oğlun tüstüdən boğulub, arvad da ölməyib.
Sonra məni tutdular, qoluma qandal vurub apardılar. Ölüm hökmü verilmişdi. Sonra dedilər ki, işinə yenidən baxılacaq.
Sonra məhkəmə gəldi və yenə güllələnmə hökmü verildi. Güllə korpusunda Şahin adlı bir oğlan var idi.
Dedi ki, paltarları görürsən də?
Bunlar ölənlərin paltarlarıdır. Sənin də paltarın burada olacaq.
Dedim onu bilmək olmaz. Sonra ölüm hökmü ləğv olundu. Mən azadlığı hər şeyə qurban verərəm”.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!