Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda tapılmış 3 günlük qız uşağı qeyri-rəsmi nikahdan doğulub.
Median.Az axar.az-a istinadən xəbər verir ki, körpənin anası N.Ağayeva əvvəllər ailəli olsa da, həyat yoldaşı 7-8 il əvvəl dünyasını dəyişib. Xanımın bu rəsmi nikahdan 2 qızı, bir oğlu var.
Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb.
N.Ağayevanın saxlanılmadığı, hazırda evində səhhəti ilə bağlı müalicə aldığı da bildirilib.
Qeyd edək ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda 3 günlük qız uşağı tapılıb və polislər tərəfindən 1 saylı Körpələr Evinə təhvil verilib. Uşağın anası 37 yaşlı Nailə Ağayeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.