Bakı metrosunda qatarda nasazlıq yaranıb.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metronun “Sahil” stansiyasında qatarda texniki problem olduğu müşahidə edilib:
“Maşinist bu barədə bizə məlumat verib. Hadisə 13:50 radələrində “Həzi Aslanov”-“İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda olub. Problemlə əlaqədar sərnişinlərdən qatarı boşaltmaları xahiş olunub. Qatar birbaşa depoya göndərilib. Onun əvəzinə isə stansiyaya yeni qatar buraxılıb. İntervalda heç bir dəyişiklik olmayıb. Qatarda yaranan texniki nasazlığın səbəbləri araşdırılır. Bu barədə mətbuata açıqlama veriləcək”.