Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib.
Median.Az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub.
Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın doqquz aylıq hamilə olduğunu öyrənib.
Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə iki kq 900 qram çəkidə doğulub.
Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.