Qanunsuz dini təbliğatla məşğul olan xarici vətəndaşlar Azərbaycandan deportasiya ediliblər.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Belə ki, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən birgə tədbir nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.
Qeyd olunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən, qeyri-qanuni dini təbliğatla məşğul olan xarici vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, həmin xarici vətəndaşlar cərimə olunublar və Azərbaycandan departasiya ediliblər.